Moskvanın Basman məhkəməsi Ukraynanın DİN rəhbəri Arsen Avakovun qiyabi həbsini sanksiyalaşdırıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, keçən həftə məhkəmə Dneprepetrovsk vilayətinin qubernatoru İqor Kolomoskiyə dair də analoji qərar qəbul edib.
Avakov və Kolomoski də beynəlxalq axtarışdadırlar.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib ki, Kolomoski və Avakov: qətllər, müharibə zamanı qadağan edilmiş vasitələrin və üsulların istifadəsi, jurnalistlərin peşəkar fəaliyyətinə maneçilik, insanların oğurlanması kimi bir sıra cinayətlərin təşkilində ittiham edilirlər.
Ukrayna məmurları isə öz növbələrində, Rusiya müstəntiqlərinin onlarla bağlı atdıqları addımların maraqlı olmadığını bildiriblər.