Azərbaycan gənclərinin xaricdə təhsil almaları üçün 2007-2015-ci illər üçün nəzərdə tutulmuş Dövlət proqramının realizə dövrü üçün (2014-cü ilin aprel ayının 1-nə olan məlumata görə) 90,821 milyon manat pul xərclənib.
Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, bu barədə proqramı maliyyələşdirən Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) hesabatında deyilir.
5 min nəfər göstəricisi olan proqram üzrə təhsilə 2376 nəfər başlayıb. Bununla yanaşı, yalnız 561 nəfər gənc azərbaycanlı təhsili başa vurub.
Təhsil əsasən Böyük Britaniyada aparılır (612 tələbənin 181-i təhsilini başa vurub), azərbaycanlılar əsasən tibb elmlərinə yiyələnirlər – 648 nəfər (208 nəfər bakalavr və 440 nəfər rezidentura).
İqtisadiyyat və idarəetmə üzrə 244 nəfər təhsil alır – 229 bakalavr və 15 magistr.
Təhsil Nazirliyi hesab edir ki, proqramın realizəsi 2015-ci ildə davam edəcək.