“Günəşli” yatağındakı 11-cü özüldən 307 nömrəli quyu qazmadan sonra istismara verilib.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, “SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən Fasilə Lay Dəstəsinə qazılmış quyu 3285-3259 metr intervaldan fontan üsulu ilə sutkalıq 70 ton neft və 16000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.
Gülnarə Zeynalova
www.oxu.az