Moskvada Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozinin Starovolinski küçəsində “Blijnyaa daça” yaşayış kompleksində yerləşən mənzili pnevmatik silahdan atəşə tutulub.
Oxu.Az-ın xəbərinə görə, məlumatı Life nəşrinə hüquq-mühafizə orqanlarında təsdiqləyiblər.
Rusiya Daxili İşlər Nazirliyində insidentlə bağlı araşdırma aparılır.
İlkin məlumata əsasən, hadisəni yetkinlik yaşına çatmayan şəxslər törədiblər. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.
S.B.
www.oxu.az