Hüquq-mühafizə orqanlarının Tbilisinin Varketili rayonunda keçirdikləri xüsusi əməliyyat zamanı Gürcüstan və Azərbaycan vətəndaşları saxlanılıb.
Oxu.Az-ın “Qruziya Online” nəşrinə istinadən məlumatına görə, 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da hədə-qorxu yolu ilə yerli iş adamından iki min dollar pul almaqda ittiham olunur
Təqsirləndirilən şəxslər Kalauban küçəsində zərərçəkəndən pul alan zaman saxlanılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
S.B.
www.oxu.az