“UTair” aviaşirkətinə məxsusMoskva – Surqut marşrutu üzrə uçan Boeing sərnişin təyyarəsi “Vnukovo” hava limanında qəza enişi edib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, by barədə hava limanının mətbuat xidmətinin rəhbəri Mariya Şaravina bildirib.
“Təyyarənin göyərtəsində 112 sərnişin var idi. İnsident nəticəsində zərərçəkən yoxdur”, - o, deyib.
Qeyd olunur ki, “Vnukovo” aeroportundan havaya qalxan təyyarə texniki nasazlıq səbəbindən geri qayıdıb.