Moskvada Rusiyanın Ukraynaya təcavüzü əleyhinə Sülh marşı keçirilir. Əsas şüar belədir: “Putin, bəsdir, yalan danışdın, müharibə elədin”.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Moskvada bundan əvvəlki sülh yürüşü martın 15-də - Krımın Rusiyaya birləşdirilməsi referendumu ərəfəsində olmuşdu.
Təşkilatçıların fikrincə, son marşdan bəri Rusiya Ukraynaya münasibətdə daha aqressiv olub, eyni vaxtda Rusiyanın beynəlxalq təcridi artıb, bu da ağır iqtisadi nəticələrə gətirir.
Sülh yürüşü Moskva hakimiyyəti ilə razılaşdırılıb. Moskvada yürüşdə ümumilikdə 50 min adamın iştirak edəcəyi gözlənilir.
Eyni yürüş Sankt-Peterburqda da keçirilir, ancaq Novosibirskdə yerli ictimai fəallar marş keçirilməsini hakimiyyətlə razılaşdıra bilmədi.
Müharibə əleyhinə yürüşlər Yeaterinburqda, Berlində, Vyanada, Parisdə, Kiyevdə, Burqasda və Vaşinqtonda keçiriləcək. Bu aksiyalar 21 sentyabr Beynəlxalq Sülh Gününə həsr olunub.
2001-ci ildə BMT 21 sentyabrı zorakılıqdan imtina və bütün dünyada atəşin dayandırılması günü elan etdi.