Moskvada iki Türkiyə vətəndaşı – 40 yaşlı Zithan Niçupore və 50 yaşlı Mihat Mala Maldak odlu silahdan açılan atəş nəticəsində yaralanıblar, Oxu.Az LifeNews-a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, hücum edənlərin olduğu avtomobil Moskva Dairəvi Avtomobil Yolunun (MKAD) 75-ci kilometrində türklərin olduğu “Mercedes” markalı avtomobilin qarşısını kəsib.
Hücum edən şəxslər əcnəbilərin avtomobilinin şüşələrinə atəş açaraq, maşında olan 3 milyon rubl pulu oğurlayaraq, hadisə yerini tərk ediblər.
Zərərçəkənlər odlu silah yarası ilə Botkinsk xəstəxanasına çatdırılıblar.
Hücum edənlərin 4 nəfər olduğu güman edilir.
Onlar iki avtomobildə hadisə yerini tərk ediblər. Quldurların tutulması üçün Rusiya paytaxtında əməliyyat-axtarış tədbirləri həyata keçirilir.