Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 973,2 milyon manat olub.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankdan bildirilənə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% və yaxud 178,2 milyon manat çoxdur.
Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,4%-dən 5,5%-ə qalxıb.
İlin əvvəli ilə müqayisədə isə problemli kreditlər 22,8% və yaxud 180,4 milyon manat artıb. 2013-cü ilin yekunlarına görə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,1% olub.
Xatırladaq ki, bir qədər əvvəl Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanda problemli kreditlər daha çox istehlak kreditlərinin hesabına artır.
G.Z.
www.oxu.az