“National Geographic Azərbaycan” jurnalının artıq üçüncü, yəni noyabr buraxılışı oxucuların ixtiyarına verilib.
Oxu.Az xəbər verir ki, jurnalın bu sayında həşərat və heyvanların beynini istila edərək onları zombiyə çevirən parazitlər, dünyanın ən son “bakirə” yerlərindən olan cənubi Layn adalarının mərcan rifləri, soyuq ərazidə yaşaması ilə digər makakalardan seçilən bərbər makakaları, Himalayda baş vermiş dağ uçqununda həlak olmuş şerpalar, qəliz siyasi vəziyyətin çulğaladığı daha bir Şərq ölkəsi – Tailand haqqında böyükhəcmli və müxtəlif mövzularda xeyli sayda kiçikhəcmli məqalələri oxuya bilərsiniz.
Ən əsası isə köhnə Bakının əcnəbi müxbir tərəfindən 1921-ci ildə çəkilmiş fotoşəkillərini görə bilərsiniz.
Onu da qeyd etmək istərdik ki, jurnalın bu sayı da hər zamankı peşəkar, təsirli və yaddaqalan fotoşəkillərlə zəngindir.
Xatırladaq ki, dünyaca məşhur “National Geographic” brendi Azərbaycana 2014-cü ilin mart ayında “Garant Media Holding”in təşəbbüsü ilə gətirildi və “National Geographic Azərbaycan” jurnalı ilk buraxılışını sentyabrın 1-də Heydər Əliyev Mərkəzində təntənəli şəkildə təqdim etdikdən sonra dərgi ölkənin bütün satış nöqtələrinə çıxarıldı.
Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür.
Dərginin satış qiyməti 4 manat təşkil edir. Bu qiymətə Azərbaycanın istənilən nöqtəsinə çatdırılma da daxildir.
Jurnala 012 563 56 25 (daxili nömrə 302) telefon nömrəsi ilə zəng edib abunə yazılmaq olar.
