Moskvada "Çeryomuşki" çörək zavodundan yanğın baş verib.
Oxu.Az "Mash"a istinadən xəbər verir ki, yanğın 100 kvadratmetr sahəni - avadanlıqlar və ventilyasiya şaxtasını əhatə edib.
Məlumata görə, zavod Rusiya paytaxtının əsas çörək və un məmulatları istehsalçılarından biridir. Müəssisənin Moskva bazarındakı payı təxminən 10 faiz təşkil edir və ölkədə öz sahəsi üzrə ən böyük 10 müəssisə arasındadır.
Yanğın artıq söndürülüb, xəsarət alanlar barədə məlumat verilməyib.