Moskvanın mərkəzində Sülh prospektində Mi-8T helikopteri yerə düşüb.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, bu barədə Rosaviasiyanın növbətçisi bildirib. Qəzanın səbəbləri araşdırılır.
“Zvezda” telekanalının məlumatına görə, helikopter ciddi xəsarət almayıb və özü hadisə yerindən uça bilib.
Hələ ki, məlumat rəsmi təsdiqini tapmayıb.
Mi-8T helikopteri Milin konstruktor bürosunun hazırladığı Mi-8 çoxməqsədli helikopterinin desant-nəqliyyat variantıdır.