“Neftçi”nin baş məşqçisi Arif Əsədov sabah Qəbələdə “Qarabağ” və “Neftçi” arasında keçiriləcək Azərbaycan kubokunun final qarşııaşmasından danışıb.
“Əlbəttə ki, sabah qalib gəlməyə çalışacağıq, var gücümüzü ortaya qoyacağıq”, - Oxu.Az məşqçinin sözlərini sitat gətirir. - Çempionatda minimum vəzifənin öhdəsindən gəldik - Avrokuboklara vəsiqə qazandıq. İndi isə əsas vəzifəmiz Azərbaycan kubokunu qazanmaqdır.
Bizim çox ciddi rəqibimiz var. Ölkə çempionuna qarşı oynayacayıq. Lakin final bir oyundan ibarətdir və biz bu oyunda qələbə qazanacağımıza inanırıq. Bəli, biz “Qarabağ”a Azərbaycan çempionatında uduzmuşuq. Bu bizə əlavə motivasiya verəcək. “Qarabağ” sindromunu keçməyə çalışacağıq”.
F.H.
www.oxu.az