Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Moskvanın mərkəzində insan qalıqları olan 37 qutu və yeddi konteyner aşkar edilib
Moskvanın Slavyanskaya meydanında bərpa işləri zamanı içərisində insan qalıqları olan yeddi konteyner və 37 qutu aşkar edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyri-adi tapıntı barədə dərhal polisə məlumat verilib. Məlumata görə, qalıqlar bir gün əvvəl bərpa işləri zamanı tapılıb.
Mənbənin bildirdiyinə görə, tapılan qalıqların 16-17-ci əsrlərə aid olduğu ehtimal edilir. Onların 50 ildən çox müddətdir orada qaldığı güman olunur. Qutu və konteynerlər götürülərək morqa göndərilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
"Moskva" teqi üzrə xəbərlər
- Peskov Rusiya-ABŞ münasibətlərinin normallaşmasının şərtini açıqladı
- Moskvada sinaqoqda və metroda partlayış törətmək istəyən şəxs məhv edildi
- Moskva metrosunda məktəbli qatarın altına yıxıldı: Möcüzəvi şəkildə sağ qaldı - ANBAAN GÖRÜNTÜ
- Putin: "Rusiya Ukrayna üzrə danışıqlar masasına qayıtmağa hazırdır"
- Qorbaçovun nəvələrinin lüks həyatları: Rok, "Zelensky" arağının satışı, Ukraynaya pul köçürmələri...
Ən çox oxunanlar