Mosulun qərbində, İŞİD terrorçularının nəzarəti altında olan rayonların birinə endirilən aviazərbələr zamanı 30 dinc sakin həlak olub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, üç raket Əl-Cadida rayonuna düşüb.
Aviazərbələrin kim tərəfindən endirildiyi hələlik məlum deyil.
Sakinlər qeyd ediblər ki, aviasiya İŞİD komandirlərindən birini zərərsizləşdirmək istəyirdi.
S.B.
www.oxu.az