Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Motosikletə ilişən hava şarı Braziliyada dəhşət yaşatdı: Ev, park və maşınlar alova büründü
Braziliyada motosikletə ilişərək onu özü ilə sürükləyən hava şarı 400 min evi işıqsız qoyub, həmçinin güclü yanğına səbəb olub.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, buna səbəb hava şarının elektrik dirəyinə çırpılması olub.
Bildirilir ki, hadisə nəticəsində yeddi rayonun işıqsız qalmasından əlavə evlərdən birində yanğın baş verib, uşaq bağçasının oyun meydançası məhv olub və bir neçə avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, Braziliyada hava şarlarını buraxmaq qadağandır - bu, ekoloji cinayət hesab olunur və üç ilədək həbs cəzası ilə cəzalandırılır.
Motosikletə ilişən hava şarı Braziliyada dəhşət yaşatdı: Ev, park və maşınlar alova büründü
"Braziliya" teqi üzrə xəbərlər
- Çili və Braziliya klublarının qarşıdurması iki azarkeşin ölümü ilə nəticələnib
- Braziliyada ev heyvanları üçün taksi xidməti: Təkbaşına səfər edəcəklər
- Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub
- Juninyo meydana daxil olduqdan bir dəqiqə sonra komandasının qələbə qolunu vurub
- ABŞ-nin başlatdığı qlobal ticarət müharibəsində hansı ölkə qalib gələcək?
Ən çox oxunanlar