Ankara müharibənin dərhal və tam dayandırılması üçün lazım olan hər şeyi etməyə hazırdır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Brüsseldə NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, o, NATO-dakı həmkarlarını Ankaranın regionda apardığı “balanslı və qətiyyətli” siyasəti barədə məlumatlandırıb.
“Humanitar dəhlizlərin formalaşdırılması mühüm məsələdir, lakin bizim üçün mütləq prioritet müharibəni bitirməkdir”, - Çavuşoğlu bildirib.
Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.
Çavuşoğlu qeyd edib ki, Türkiyə hələ müharibə başlamazdan əvvəl Rusiya və Ukrayna xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırıb.
“Şərtlər imkan verərsə, Antalyada Diplomatik Forum çərçivəsində Lavrov və Kuleba arasında görüş təşkil etməyə hazırıq”, - deyə nazir əlavə edib.
Mənbə: “Anadolu”