Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Ukrayna dövlət başçısı məlumat verib.
“Prezident Ərdoğan ilə danışıqlar apardım. Davamlı dəstək üçün Türkiyəyə təşəkkür etdim. Rusiya Federasiyası tərəfindən təcavüzün və nüvə terrorizminin davam etdiyi barədə məlumatlandırdım. Biz hərbi əməliyyatların dayandırılmasına nail olmalıyıq”, - deyə Zelenski “Twitter”də yazıb.
Held regular talks with President @RTErdogan. Grateful to 🇹🇷 for the consistent support. Informed about the ongoing aggression and nuclear terrorism on the part of the Russian Federation. We must achieve an end to hostilities. #StopRussia
— Володимир Зеленський (@ZelenskyyUa) March 4, 2022