Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Müəllifi bəlli olmayan aviahücum uşaqları öldürdü - YENİLƏNİB
Yəmənin şimal-qərbində yerləşən Saada şəhərində avtobusun bombardman edilməsi nəticəsində ölənlərin sayı 50-yə çatıb, habelə 77 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (BQXC) özünün “Twitter” səhifəsində yazıb.
BQXC-nin əvvəl yaydığı məlumatda yaşı 15-dən aşağı azı 29 nəfərin öldüyü, 30 uşağın isə yaralandığı bildirilirdi.
Yəmən Səhiyyə Nazirliyinin nümayəndəsi Yusif əl-Haderi “Twitter” səhifəsində Saada şəhərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən bombardman edilməsi nəticəsində 40-dan artıq insanın öldüyünü, 60 nəfərdən çoxunun isə yaralandığını yazıb.
Ərəb koalisiyası öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.
09.08.2018. 16.39
Yəmənin Saad bölgəsinin Daxian şəhərində uşaqların olduğu avtobus hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Sky News” məlumat verib.
Hadisə zamanı azı 20 nəfər ölüb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, aviahücum vaxtı şəhər bazarı bombalanıb.
Yerli KİV-lər bildiriblər ki, hücum nəticəsində çoxu uşaq olmaqla, 39 nəfər həyatını itirib, 51 nəfər yaralanıb. “Reuters” ölənlərin əksəriyyətinin yaşının 10-dan az olduğunu qeyd edib.
Hücumun kim tərəfindən törədildiyi məlum deyil, ancaq hadisənin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri tərəfindən törədildiyi ehtimal edilir.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?
- Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi