Rusiyanın Kaluqa şəhərində müəllimlə onuncu sinif şagirdi arasında mübahisə yaranıb.
“Life” agentliyi xəbər verir ki, məktəblini sinif otağından zor gücü ilə çıxarmağa çalışan müəllim onunla birlikdə yerə sərilib.
Məlumata əsasən, məktəblinin mobil telefondan istifadə etməsi müəllimi özündən çıxarıb və o, şagirddən sinif otağını tərk etməsini istəyib. Verdiyi göstərişin icra olunmadığını görən müəllim oğlanı zor gücü ilə sinifdən çıxarmağa çalışsa da, buna müyəssər ola bilməyib və döşəməyə sərilib.
Dərsdən dərhal sonra müəllim direktorun otağına yollanaraq, insident barədə məlumat verib.
Məktəbliyə hansı cəzanın verildiyi açıqlanmır.