Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Könül Nurullayeva: “Seçicilərin etimadı məsuliyyətimi daha da artırır” - FOTO/VİDEO
24 saylı Nizami rayon 1-ci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayeva seçicilərlə görüşlər keçirməkdə davam edir.
Bu barədə o, “Facebook” hesabında məlumat verib:
“Nizami rayonu üzrə E. Süleymanov 108, 112, 114, 118, 139 və Rüstəmov 66, 68, 74 ünvanlarında yaşayan sakinlərlə mənzillərdə növbəti görüşlərim oldu. Ağsaqqal və ağbirçəklərimizin məsləhət və xeyir-duaları, gənc bacı və qardaşlarımın qonaqpərvərliyi və səmimiyyəti, üzlərindəki ümid və sevinc, bir sözlə, deputatlığa namizəd kimi mənə münasibətdə nümayiş etdirdikləri etimad və güvən məsuliyyətimi daha da artırır və mənə əlavə motivasiya verir! Göstərdiyiniz dəstək və inama görə Sizlərə minnətdaram!”