“Global Firepower Index” 2020-ci il üzrə reyting cədvəlini açıqlayıb.
Oxu.Az xəbər verir ki, reytingdə 138 ölkə yer alıb. Siyahının hazırlanmasında 50 fərqli amil nəzərə alınıb.
Azərbaycan siyahıda 63-cü yeri tutub. Reyting cədvəlində Gürcüstan 93-cü, Ermənistan 112-ci yerdə qərarlaşıb.
Siyahıda birinci yeri ABŞ, ikinci yeri Rusiya, üçüncü yeri isə Çin tutub. Türkiyə reytingdə 13-cü, İran 14-cü pillədə qərarlaşıb.
Sonuncu yerləri isə Bosniya və Hersoqovina, Liberiya və Butan tutub.
Samir İsayev