Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Müharibə olsa, Polşa Seyminin sədrinin həyat yoldaşı cəbhəyə gedəcək
“Həyat yoldaşım cəbhəyə gedəcək. Əgər silahlı qarşıdurma olsa, həyat yoldaşım öləcək. Mən bunu istəmirəm, Allah qorusun”, - deyə Şimon Holovnya qeyd edib.
Polşa Seyminin sədrinin həyat yoldaşı Urşula Bjezinskaya-Holovnya Polşa Hərbi Hava Qüvvələrinin zabiti və “MiQ-29” qırıcısının pilotudur.
“O, real olaraq Silahlı Qüvvələrdə xidmət edir. Bizim mediada və ya siyasətdə etdiyimiz kimi sözlə döyüşmür”, - deyə Holovnya bildirib.
Qeyd edək ki, Holovnyanın 47, həyat yoldaşının isə 36 yaşı var. Ailənin iki qız övladı var.
Mənbə: Lenta.ru
"Polşa" teqi üzrə xəbərlər
Ən çox oxunanlar