Ukraynada müharibə davam edir.
Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov ölkədə baş verən son hadisələr haqqında məlumat verib.
M.Aslanov bildirib ki, orada elə fikir formalaşıb ki, Ukraynada müharibənin üçüncü fazası başlayıb:
“Daha çox hücum Odessa şəhərinə olub. Şəhərə Rusiya Silahlı Qüvvələri tərəfindən raketlər vasitəsi ilə 20-yə yaxın hava hücumu cəhdi olub. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən bu hücumların 80 faizinin qarşısı alınıb, digərləri isə şəhərə düşüb”.
Daha ətraflı süjetdə: