Murad Kərimov Rusiyanın Ekologiya və Təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ria Novosti hökumət sərəncamına istinadən xəbər verir.
“Kərimov Murad Kərimoviç Rusiya Federasiyasının Ekologoya və Təbii sərvətlər nazirinin müavini təyin olunsun”, - deyə sənəddə bildirilir.
Qeyd etmək lazımdır ki, daha öncə Kərimov Nazirliyin tabeliyində olan Su ehtiyatları Federal agentliyinin rəhbrəri vəzifəsində çalışıb.