Pakistan məhkəməsi ölkənin sabiq prezidenti, general Pərviz Müşərrəfə dair qaldırılmış milliyyətçilərin lideri 2006-cı ildə qətlə yetirilən Belucistan Əkbərin işi ilə bağlı bəraət qərarı çıxarıb, Frans press agentliyi Müşərrəfin vəkilinə istinadən xəbər verir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, general Buqtinin işi üzrə 2013-cü ilin oktyabrında zaminə buraxılıb. Bundan başqa, onun bir neçə iş üzrə də adı keçir.
“Məhkəmə sabiq prezidentin və bu işdə fiqurant olan digərlərinin üzərindən bütün ittihamları götürüb ”, - ölkənin sabiq DİN rəhbəri Aftab Şerpao bildirib, onun da adı işdə hallanırdı.
Müşərrəfin adı 2013-cü ildə Pakistan DİN-in “qara siyahısı”na salınıb, müdafiə məhkəməyə onun adının siyahıdan çıxarılmasına görə müraciət edib. Bundan başqa, Müşərrəfin dövlətə xəyanətdə də adı keçir.