Mart ayının 11-də təxminən gecə saat 02:00 radələrində omplektləmə bölməsində baqaj lentinin üzərinə çıxdığı üçün 22 yaşlı qız saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə REN TV jurnalistinin mənbəyi bildirib.
Saxlanılan zaman qız özünü olduqca aqressiv aparıb. O, polisə öz əməlinin səbəbini heç cür izah edə bilməyib.
İndi onun psixi probleminin olub-olmadığı müəyyən edilir.
O, aeroportda yerləşən DİN-in növbətçi hissəsində gətirilib.
REN TV jurnalistlərinin mənbəyi bildirib ki, onun üzərində Veronika Müslimovna Korotkova adına pasport tapılıb.
Qızın anası yerli telekanallardan birində gəncin müğənni Müslüm Maqomayevin nikahdan kənar qızı olduğunu iddia etmişdi.
Qadının iddiasına görə, o xalq artisti ilə 1993-cü ildə tanış olub. Bundan sonra Maqomayev bir neçə ay onunla görüşməyə çalışıb. Qadın qızının da məhz onunla görüşündən sonra doğulduğunu deyib.
Teleşou iştirakçısı sonrakı on ildə ifaçı ilə görüşməyə çalışdığını, lakin buna nail ola bilmədiyini demişdi. Proqramın sonunda genetik ekspertizanın nəticəsi elan edilmişdi – Veronika və Müslüm Maqomayevin qohumluq əlaqələrini müəyyən etmək mümkün deyil.
N.О.
www.oxu.az