İtalyan diktatoru Benito Mussolinin 53 yaşlı nəvəsi Alessandra Avropa Parlamentinin ən nüfuzlu siyasi qrupu Avropa xalq partiyasının tərkibinə daxil olub.
Oxu.Az Politico-ya istinadən xəbər verir ki, bu yaxınlara qədər qadın “İrəli İtaliya” partiyasının deputatı idi və rusiya əleyhinə sanksiyaların ləğv edilməsinin lehinə çıxış edirdi.
1990-cı illərin əvvəllərində siyasi karyeraya başlamasından əlavə, Mussolini filmdə və iki dəfə Playboyun üz qabığına çəkilməsi ilə məşhurdur.
2007-ci ilin payızında mərhum diktatorun nəvəsinin adı qalmaqalda hallanıb, səbəb isə onun bütün rumınların cinayətkar olmasına dair bəyanatı idi. Bu, Avropa parlamentində onun tərkibinə daxil olduğu “Eynilik, ənənə, suverenlik” milli koalisiyanın dağılmasına gətirib çıxardı.
N.O.
www.oxu.az