Göyərtəsində 100-dən çox adamın olduğu Myanmanın itkin düşmüş hərbi təyyarəsinin qalıqları dənizdə aşkar edilib, Frans Press agentliyi məmura istinadən məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Myanmanın cənub sahilindən Yanqona uçan təyyarə Davey şəhərindən 20 mil məsafədə olarkən radarlardan itib.
Hakimiyyət tərəfindən gəmilər və aviasiya cəlb edilərək axtarış-xilasetmə əməliyyatı təşkil edilib. Təyyarənin göyərtəsində 105 sərnişin və 11 nəfər heyət üzvü olub.
15:32
Myanmada hərbi təyyarə radardan itib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “AirLive” portalı məlumat yayıb.
Təyyarənin göyərtəsində 116 nəfər olub. Məlumat ölkənin ordu rəhbəri və aeroportun əməkdaşları tərəfindən təsdiqlənib.
Hadisənin təfərrüatları araşdırılır.
S.S.
www.oxu.az