Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan mayın 12-də Fransaya işgüzar səfərə yola düşəcək.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətindən bildiriblər.
Edvard Nalbandyanın Fransanın XİN rəhbəri Jan-Mark Ero və digər yüksək vəzifəli şəxslərlə görüşləri planlaşdırılıb.