Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Narinin qətlinə dair yeni görüntülər: Nevzat Bahtiyar cəsədi necə gizlətdiyini anbaan göstərdi
Türkiyənin Diyarbəkir vilayətində avqustun 21-də yoxa çıxan və 19 gündən sonra kəndin yaxınlığındakı dərə yatağında çuvalın içərisində cəsədi tapılan 8 yaşlı Narin Güranın istintaq işi ilə bağlı yeni videogörüntülər ortaya çıxıb.
Narinin cəsədini qızın əmisi Salim Gürandan alaraq gizlətdiyini etiraf edən Nevzat Bahtiyarın jandarm ofisində ifadəsinin alındığı və hadisə yerində anbaan təsvir etdiyi görüntülər paylaşılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Videoda prokurorluq və jandarm tərəfindən dindirilərək sorğu-sual edilən Bahtiyarın Narin Güranın cəsədini necə gizlətdiyini izah etdiyi kadrlar yer alıb.
Qeyd edək ki, Narini öldürmədiyini iddia edən Nevzat Bahtiyar cəsədi ona qızın əmisi Salim Güranın verdiyini və onun tapşırığı əsasında dərə yatağında basdırdığını bildirib. O bu iş müqabilində ona 200 min lira (10 min manata yaxın) pul vəd etdiklərini, hətta təhdid edildiyini qeyd edib.
O bildirib ki, Narinin əmisi Salim Güran onu oğlunu öldürməklə hədələyib.
"Salim məni solda yerləşən otaqlardan birinə apardığında Narinin yerdə hərəkətsiz uzanmış vəziyyətdə olduğunu gördüm. Xatırladığım qədəri ilə Narinin ağzında köpük şəklində bir maye var idi. Salim mənə dedi ki, Yüksəllə birlikdə olduğumuzu qız gördüyü üçün onu öldürmüşəm. Daha sonra məni də özünə cinayət ortağı eləməklə hədələdi. Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi", - deyə Nevzat Bahtiyar qeyd edib.
Xatırladaq ki, istintaq çərçivəsində prokurorluq kiçik qızın doğma əmisi, anası, qardaşı və bir qohumunun birgə şəkildə uşağı qəsdən öldürmə ittihamı ilə mühakimə olunmasını tələb edib. İttihamnamədə təqsirləndirilən şəxslər üçün ağırlaşdırılmış ömürlük həbs cəzası istənilir.
Türkiyənin gündəmində olan bu dəhşətli cinayətlə əlaqədar hərtərəfli araşdırma aparılıb. HTS qeydləri, DNT analizləri, şahid ifadələri və digər bütün sübutlar diqqətlə araşdırılıb və nəticədə məlum olub ki, Narin Güranın öz əmisi Salim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və qohumu Nevzat Bahtiyar bu qətlin iştirakçılarıdır.
Narinin ölümü ilə bağlı Ədliyyə Tibb Qurumunun hesabatına əsasən, Narin ağız-burnunun qapadılması və boynuna təzyiq edilərək sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişib. Diyarbəkir Respublika Baş Prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də öldüyü bildirilib.
Həmçinin ayağının sol dizindən aşağı qopmasına səbəb olan travmanın ölümdən sonra heyvanlar tərəfindən törədildiyi vurğulanıb.
"Uşağın ölümünün ağız-burnunun bağlanması və boynuna təzyiq nəticəsində oksigen çatışmazlığı səbəbindən baş verdiyi yekdilliklə təsdiqlənib", - deyə hesabatda bildirilib.
Mövzuya aid xəbərlər
- Amansızlıqla öldürülən səkkiz yaşlı Narinin qətlindən bir saat əvvəlki görüntüləri üzə çıxdı
- Narin Güranın qətlində yeni təfərrüat üzə çıxdı: Qatillərin cəzası bəlli oldu
- Narin Güran cinayətində şok ifadə: "Cəsədi yox etməsəm, oğlumu öldürəcəyini söylədi"
- Vəhşicəsinə qətlə yetirilən Narinin hansı tarixdə və necə öldürüldüyü məlum oldu: Qorxunc faktlar
- Narinin qətlinə dair yeni iddia: Başqa şəhərdəki qardaşını qızcığazı öldürmək üçün çağırıblar?
Rəylər