Qabonun paytaxtı Librevil şəhərində bıçaqla silahlanmış şəxs "National Geographic" jurnalının əməkdaşlarına hücum edib.
Oxu.Az xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb, biri isə yaralanıb.
Bildirilir ki, Nigeriya vətəndaşı olan şəxs "Allahu-Əkbər" qışqıraraq, onlara hücum edib.
Məlumata görə, hücum edən şəxs bununla da ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edib.
A.H.