NATO Avropada yeni yerüstü nüvə raketləri yerləşdirmək niyyətində deyil.
RİA Novosti xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu bəyanatla çıxış edib:
“Bizim belə bir niyyətimiz yoxdur. Bununla belə, Rusiya “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinin dayandırıb və NATO ölkələrinin qonşuluğunda mobil raket qüvvələri yerləşdirməkdədir”.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun fevralın ikisində “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxacağını bəyan etmişdi. Rusiya buna cavab olaraq fevralın 2-də bu müqaviləni pozduğunu elan etdi.
Son aylar ABŞ və Rusiya arasında silah bazarı uğrunda mübarizə siaysi gərginlik həddinə çatıb.