Şimali Atlantika alyansı çevik reaksiya qüvvələrinin sayını 13 mindən 30 min nəfərə qədər artıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə NATO-nun rəsmi saytında bildirilib, bunu Portuqaliyanın XİN rəhbəri Rui Maşete ilə söhbətdə alyansın baş katibi Yens Stoltenberq bəyan edib.
Baş katib eləcə də Avropada əlavə beş minlik qruplaşmanın yaradılmasını xatırladıb.
“Biz Avropada təhlükəsizliyin kəskin dəyişməsi vəziyyəti ilə üzləşmişik”, - Stoltenberq bəyan edib və əlavə edib ki, Rusiya “Ukraynaya qarşı aqressiz davranışı” ilə beynəlxalq təhlükəsizlik qaydalarını pozub.