Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın aktyor həyat yoldaşı Tolqa Karel yeni sevgilisi ilə görüntülənib.
Oxu.Az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, Tolqa “Bu tarz benim” yarışmasıyla tanınan İdil Naz Kaluçla restorana girərkən əl-ələ tutub. Lakin jurnalistlərin orada olduğunu görən cütlük kameralardan qaçmağa çalışıb.
Qeyd edək ki, Günay və Tolqa 2011-ci ildə ailə qurub. Onların Cahangir adında oğlu var. Cütlük ötən ilin noyabrından ayrı evdə yaşasalar da rəsmi şəkildə boşanmayıb.