“Kod adı K.O.Z.” filminin Türkiyədə qala gecəsi keçirilib.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, filmdə baş rolu oynayan azərbaycanlı model Günay Musayeva boşanmağa hazırlaşdığı aktyor həyat yoldaşı Tolqa Karellə eyni məclisdə qonaq olublar. Onlar yan-yana gəlməməyə çalışıblar.
Filmin qala gecəsində sənət aləminin tanınmış simaları iştirak ediblər.
Qeyd edək ki, filmin Bakıdakı təqdimat mərasimi martın 12-də baş tutacaq.