Azərbaycanlı model Günay Musayeva ilə ayrılıq xəbərləri yayılan əri, aktyor Tolqa Karel birlikdə yaşadıqları evi satışa çıxarıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Karel 1 milyon 240 min lirə qiymət qoyduğu evinə aylardır müştəri tapa bilmir. Bəylərbəyindəki 225 kvadratmetrlik evə bir müştəri belə çıxmayıb.
İkinci dəfə boşanma qərarı alan Karel valideynlərinin yanına köçüb. Günay Musayeva isə oğlu Cahangir Canla birlikdə Maslakda yaşamağa başlayıb.
Qeyd edək ki, 3 ildir azərbaycanlı modellə evli olan aktyor birlikdə yaşadıqları evlərini ilk dəfə boşanma qərarı verəndən sonra da satışa çıxarmışdı.