Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Türkiyənin milliyet.com.tr saytına müsahibə verib.
Oxu.Az həmin yazını təqdim edir:
- Nə qədər vaxtdır ki, Türkiyədəsiniz?
- 2011-ci ildən burdayam, 3 ildir.
- Daha əvvəl hansı işlə məşğul olurdunuz?
- Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirmişəm. Daha sonra ixtisasım üzrə magistr təhsili aldım. Universitetdə oxuyarkən bəzi televiziya verilişlərini aparırdım.
- “Best Model”-ə qatılmaq fikri haradan ağlınıza gəldi?
- Modelliyi peşə olaraq görmürdüm. Müsabiqəyə rəfiqələrimin istəyi ilə qatılmışdım. 2010-cu ildə “Best Model of Azerbaijan” seçildim, eyni ildə Bolqarıstanda keçirilən “Best Model of the World”un qalibi oldum.
- İstanbula gəlişiniz necə oldu?
- Ərkan Özarman məni Türkiyəyə dəvət etdi: gəldim, evləndim və burada qaldım.
- Bəs, aktrisa olmağınız...
- Bakıda bir filmə çəkilmişdim. Ötən il də Rusiyanın dövlət kanalında yayımlanan serialda oynadım. Hazırda “Mən aktrisayam” deyə bilmərəm, amma bu sahədə uğur qazanmaq istəyirəm.
- “Bəyaz qərənfil” serialı ilə bağlı təklif kimdən gəldi?
- Ssenarist Cüneyt Aysan və prodüser Bahadır Özdenerdən. Yaxşı layihə olduğuna inanırıq. Bir intiqam hekayəsidir: dava da var, eşq də.
- Siz “Dərya” rolu ilə tamaşaçıların qarşısına çıxacaqsınız…
- Bəli, Əli Sürməlinin həm sevgilisi, həm də assistenti obrazını canlandırıram. Əli narkobarondur, Dərya isə onun bir çox sirrini bilən, vaz keçə bilmədiyi qadın.
- Oğlunuz Cahangir 2 yaşındadır. Gənc yaşda ana olmaq necə hissdir?
- Həyata baxışım dəyişdi. Hamının yaşamalı olduğu bir duyğudur. İki gün əvvəl mənə “Ana” dedi. Həmin gün həyatımın ən xoşbəxt anlarından biri idi.
- Tolqa Karel necə atadır?
- Yaxşı atadır, hər ata kimi...
- Boşanacağınızla bağlı xəbərlər yayıldı. Evliliyinizdə hər şey öz yolundadır?
- Boşanmırıq, bir yerdəyik. Ötən günlərdə ailə qurmağımızın 3 ili tamam oldu. Yazılan xəbərlərə fikir vermirik. Hər ailədə problem olur. Oğlumla, ailəmlə birlikdə çox xoşbəxtəm.
- Həyat yoldaşınızla ilk gündəki kimi eşq yaşayırsınız?
- Biz elə bir eşq yaşamadıq. Bir-birimizi tanımadan evləndik. Tanışlıq, sevgili olmaq mərhələsini ailə içində yaşadıq. Uşaq dünyaya gələndə sevgi öz şəklini dəyişir.
