Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Günayın əri onu ittiham edən modeli məhkəməyə verir
Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel model Sənəm Kuyucuoğlunu məhkəməyə verib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Kuyucuoğlu açıqlamasında onu narkotikə Tolqa Karelin alışdırdığını etiraf edib.
Hazırda “Survivor” yarışmasında olan aktyorun vəkili ittihamla bağlı yazılı bəyanat verib:
“Bu, çox ciddi ittihamdır. Tolqa Karel bu tip zərərli maddələrdən tamamilə uzaqdır. Sənəm Kuyucuoğlunun dedikləri böhtandır və bu böhtan Tolqanın ailə və iş həyatını zədələyə bilər. Ona görə də məhkəməyə baş vurub hüququmuzu tələb edəcəyik”.
"Türkiyə" teqi üzrə xəbərlər
Ən çox oxunanlar