Tolikin ötən həftə “Gündəlik” verilişində Brilliant Dadaşova haqqında söylədiklərini xalq artisti cavabsız qoymayıb.
Oxu.Az ATV-də yayımlanan “ATV maqazin” verilişinə istinadla xəbər verir ki, B.Dadaşova bir vaxtlar konsertinin təşkilatında ona yardım edən və “as prodüser” adlandırdığı Toliki bu dəfə siçovul adlandırdı.
“Mən 21 ildir ki, Türkiyəyə gedib-gəlirəm. Türkiyə televiziyalarının birində yarım ildən çox aparıcılıq etmişəm. Tolik mənimlə eyni tərəzidə gələ bilməz, səviyyə məsələsi var. Mənə siçan-siçovullar haqqında danışmayın!”.
Aytən Sadıqzadə
www.oxu.az