Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Günayın həyat yoldaşı övladı üçün göz yaşı tökdü – VİDEO
Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı Tolqa Karel “Survivor” yarışmasında mübarizəsini davam etdirir.
Oxu.Az xəbər verir ki, aktyor 45 gündən sonra oğlunun fotosunu görüncə hönkürtü ilə ağlamağa başlayıb:
“Cihangirim, mənim aslan oğlum böyüyüb”.
Daha sonra oğlunun fotosunu komanda yoldaşlarına göstərərək bunları deyib:
“Mən bu yarışmaya gələndə oğlum hələ yeriyə bilmirdi”.
Göz yaşlarına hakim ola bilməyən T.Karel qeyd edib ki, ata üçün övlad sahibi olmaq çox böyük duyğudur.
Həmin kadrlara linkə daxil olaraq baxa bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az
Ən çox oxunanlar