Nizami rayonunda bir sıra küçələrə içməli suyun verilməsi saat 19.00 radələrinədək dayandırılacaq.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə Nizami rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsi saat 19.00 radələrinədək dayandırılacaq.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.(Trend)