Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günay Musayevanın əri: Biz sevgili münasibəti yaşamırıq
Türkiyədə yaşayan model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel “TV 8”də yayımlanan “Aramızda qalsın” verilişinin qonağı olub.
Oxu.Az axşam.az-a istinadən bildirir ki, aktyor mətbuatda həyat yoldaşı ilə bağlı yazılanlara cavab verib:
““Survivor”da olanda həyat yoldaşımla bağlı mətbuatda çox şey yazıldı. Günay model və aktrisadır. Dörd ay burada olmadım, özünü evə qapatmayacaqdı ki? Günay subay qadın deyil. Biz sevgili münasibəti yaşamırıq. Ailəliyik, övladımız var. Burada məsələ ciddiləşir. Ailə müqəddəsdir. Media nümayəndələri də buna hörmət etməlidirlər. Yazılanlara fikir verilməlidir. Yarışmadan qayıdandan sonra bir-iki dosta zəng etdim, danışdım. Yazılar bir yana, şərhlər lap dəhşət idi”.