Oğlu Cahangir Can üçün həyat yoldaşı Günay Museyava ilə evliliklərinə daha bir şans verən Tolqa Karel yenə xəyanət edib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Asmalıməsciddə “Zilly Pera”da gecə saatlarında Əsli adlı xanımla əylənən aktyor müxbirlərə onunla dost olduğunu deyib. Həmin xanım müxbirləri görəndə uzaqlaşmaq istəsə də, Tolqa onu çağıraraq “Problem yoxdur, yanıma gələ bilərsənmi?” deyib.
T.Karel jurnalistlərin həyat yoldaşı Günay Musayeva ilə bağlı suallarına isə “Sizi maraqlandırmır, öz işinizlə məşğul olun” cavabını verib.
Aytən Sadıqzadə
www.oxu.az