Türkiyədə yaşayan azərbaycanlı model-aktrisa Günay Musayeva türkiyəli aktyor, həyat yoldaşı Tolqa Karellə boşanmadan özünə yeni sevgili tapıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Modelin sevgilisinin türk iş adamı Vedat Mavuzər olduğu açıqlanıb. İş adamı ilə bağlı suallara aktrisa “İş üçün bir araya gəlmişik” cavabını verərək ona ünvanlanan sualdan yayınıb.
Qeyd edək ki, boşanma ərəfəsində olan Günay və Tolqa ayrı evlərdə yaşayırlar. Onların Cahangir Can adında bir oğlu var.
Aytən Sadıqzadə