NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, üzv ölkələrin nazirləri Brüsseldə görüş zamanı reaksiya qüvvələrinin iki dəfə artırılmasına dair qərar qəbul edəcəklər, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Bu, bizim reaksiya qüvvələrimizin möhkəmləndirilməsidir. İndiki say 13 mindir. Mən ümid edirəm ki, (nazirlər) 30 minə yaxın qüvvələrə dair qərar qəbul edəcəklər”, - o, iclasdan öncə deyib.
Bundan başqa o qeyd edib ki, yüksək hərbi hazırlıqlı qrup təxminən 5 min nəfərdən ibarət olacaq.
Bununla yanaşı, Stoltenberq Rusiyanın DİN rəhbəri Sergey Lavrov ilə bu həftə Münhendə təhlükəsizlik üzrə konfrans çərçivəsində görüşməyi planlayır.
“Mən Münhendə bir neçə görüş keçirəcəm. Mən vitse-prezident (ABŞ Co) Bayden ilə, prezident (Ukrayna Petr) Poroşenko, Lavrov və digərləri ilə görüşəcəm. Mənim xarici işlər naziri Lavrov ilə görüşüm Rusiya ilə siyasi əlaqələrimizin tərkib hissəsidir”, - o, vurğulayıb.