NATO-ya üzv Avropa dövlətləri ABŞ İraqdakı bazalarına endirilən raket zərbələrinə reaksiya verənə qədər gözləyəcək.
Bu barədə TASS Brüsseldəki mənbələrinə istinadən informasiya yayıb.
“Bu dəfə Vaşinqton NATO ilə məsləhətləşmir və İranla bağlı müstəqil qərarını verir. Bu vəziyyətdə alyans Vaşinqtonun reaksiyasını gözləyir”, - nəşrə danışan mənbə qeyd edib.