Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
NATO Moskvaya qarşı sərt ittiham irəli sürdü
Rusiya yeni nüvə silahları, kiberhücumlar və məxfi əməliyyatlar, o cümlədən Britaniyada keçmiş casusun zəhərlənməsi ilə, Qərb ölkələrində qeyri-sabitlik yaratmağa çalışır.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, belə bir bəyanatla NATO baş katibi Yens Stoltenberq çıxış edib.
Stoltenberq jurnalistlərə verdiyi açıqlamada, Serqey Skripal və qızının sinir-paralitik maddə ilə zəhərlənməsinin Rusiyanın uzun illər müşahidə olunan məsuliyyətsiz davranışları fonunda baş verdiyini söyləyib.
Stoltenberqin sözlərinə görə, Rusiya öz hərbi doktrinasında nüvə silahlarını ənənəvi silahlarla birləşdirir, münaqişə zonalarına üzərində fərqlənmə nişanı olmayan hərbiçilər göndərməklə “hibrid taktikası” həyata keçirir.
Atlantik alyansın rəhbəri eyni zamanda Rusiyanın Krımı ilhaq etməsini və şərqi Ukraynada separatçıları dəstəkləməsini pisləyib. Onun sözlərinə görə, bütün bu addımlar Qərbdə sabitliyin pozulmasına hesablanıb.
F.M.
www.oxu.az
"Ukrayna" teqi üzrə xəbərlər
- KİV: "Zelenski ikinci müddətə prezident olmaq istəyir"
- Lukaşenko: "Ukraynaya Belarusu müharibəyə cəlb etmək tapşırılıb"
- Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə salıb
- ABŞ Ukraynanın məğlubiyyətini etiraf etdi: Zelenski geri çəkiləcək?
- Rusiya Silahlı Qüvvələri Donbasın ən böyük yaşayış məntəqəsini nəzarətə götürdülər
Rəylər