NATO-nun Baş katibi Yens Stoltenberq İranın ABŞ hərbi bazalarına endirdiyi hava zərbələrinə münasibət bildirib.
Baş katib müvafiq postu özünün “Twitter” hesabında paylaşıb:
“Mən İranın ABŞ və koalisiya qüvvələrinə qarşı hücumunu pisləyirəm. NATO İranı növbəti zorakı addımlardan çəkinməyə çağırır”.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu həyata keçirib.