NATO ölkələrinin xarici işlər nazirləri mayın 14-15-də Türkiyənin Antalya şəhərində qeyri-rəsmi görüş keçirəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə NATO-nun Mətbuat Xidməti məlumat yayıb.
Alyans görüşün gündəliyinin təfərrüatını açıqlamır.
Bununla belə, görüşdə Ukraynaya yeni silah tədarükləri və hərbi xərclərin artırılması planlarının müzakirə ediləcəyi ehtimal olunur.